About us | Resume.az

İddiamız

Resume.az Azərbaycanda hər bir işsiz qadın və kişiyə iş tapmağa və uğurlu karyera qurmağa kömək etmək üçün yaranıb.

Layihə o inancdan doğulub ki, hətta iqtisadi durğunluq vaxtında belə iş tapmaq problem olmamalıdır. Təkcə təcrübəsi olanlara deyil. Hamı üçün.

Layihə Azərbaycanın bəlkə də ən həssas və kənarda qalan insanlarına – cavan, yaxşı təhsil almamış işsiz qadınlar və kişilərə – kömək etmək üçün yaranıb. Təkcə böyük şəhərlərdə deyil. Azərbaycanın hər bir kəndində, rayonunda və şəhərində.

Azərbaycanda ilk və yeganə iki-dilli, karyera veb-platforması olan Resume.az qarşısına məqsəd qoyub ki, əsasən yeni məzunlara və təcrübəsi az olanlara iş tapmalarına kömək etsin, onları ruhlandırsın və onlara “mən bunu bacararam” hissini aşılasın.

Resume.az müntəzəm olaraq yerli iş bazarında insan resursları və ən çox işəgötürən şirkətlərin karyera mütəxəssislərinin iş bazarı ilə bağlı ən son məsləhətlərini bölüşür. Platforma həmçinin məşhur qlobal karyera portallarına töhfə verən ekspertlərin ümumi və konkret işə uyğun biliklərini paylaşır.

Resume.az sadə, praktik və ən əsası yerli bazara uyğun məsləhətləri təklif edir. Burada işaxtaranlara iş tapmaq üçün və uğurlu karyera qurmaq üçün mühüm olan “daxili mənzərə”ni göstərir.

Bir sözlə, bu layihə namizədlərə iş axtarma strategiyaları qurmağı, düzgün iş axtarmağı, mümkün işəgötürənləri tapıb özlərini onlara cəlb etməyi, işə yarayan peşəkar CV-nin yazılmasını, iş müsahibələrinə hazırlaşmağı və bütün bunlardan necə düzgün istifadə edərək işə düzəlməyi öyrədəcək.

Başlayaq

TƏSİSÇİDƏN

Hörmətli işaxtaran, əgər ən yaxşı iş axtarma taktikasını bir sözlə ifadə etməli olsaydıq bu söz “hazırlaşmaq” olardı. C. Vaşinqtonun məhşur kəlamındakı kimi: “Əgər siz hazırlaşa bilmirsinizsə onda uğursuzluğa hazırlaşın”. Siz işə ya da hansısa vacib bir tədbirə hazırlıqsız getməzdiniz elə deyilmi? Odur ki, iş axtarışına da hazırlıqsız başlamayın. Əmin olun ki, bu səyahətə başlamazdan əvvəl işaxtarma strategiyanızı hazırlamısınız. Və bu səyahət zamanı Resume.az sizin ən sadiq bələdçiniz olacaq.

 

Turxan Əhməd

TƏKLİFİMİZ

Siz karyera inkişafı haqda ən yaxşı məsləhətlləri alacaqsınız:

  • 1

    Əlaqələr

    Əlaqələr çox mühümdür! Burada onları necə qurmağı öyrənəcəksiniz.

  • 2

    Öyrənmək

    Rəqiblərinizdən daim öndə olmağın yollarını biləcəksiniz.

  • 3

    Dərs almaq

    Səhv etdikdən sonra ondan necə dərs çıxarmağı öyrənəcəksiniz.