127 yaşlı Pepsinin uğur hekayəsi | Resume.az

127 yaşlı Pepsinin uğur hekayəsi

Pepsi bu gün dünyada ən çox tanınan markalardan biridir. Əsası 1898-ci ildə ABŞ-da bir dərman mağazasında qoyulan Pepsi o gündən bu günə çox inkişaf edib.

Pepsi Cola-nın orijinal resepti 1893-cü ildə əczaçı Caleb Bradham tərəfindən hazırlanıb. Bradham o zaman Şimali Karolinanın New Bern şəhərində yaşayırdı. Bir çox əczaçı kimi aptekinin bir hissəsində alkoqolsuz içki şkafı saxlayırdı və öz istehsal etdiyi içkilərini satırdı. Ən populyar içkisi isə öz adını verdiyi limonun, şəkərin, karamelin, suyun və başqa bir çox şeyin olduğu “Bradin” içkisi idi.

Zaman keçdikcə sərinləşdirici içki məşhur oldu. Bradham getdikcə məşhurlaşan bu içkiyə yeni, daha cəlbedici və inkişaf etmiş bir ad vermək istədi. Pepsi-Cola haqqında qərar verdi. 1903-cü ilin yayına qədər markanın adla bağlı hüquqlarını artıq almışdı və Şimali Karolinadakı digər apteklərə və mərkəzlərə içki paylayırdı. 1910-cu ilin sonuna satışlar geniş yayılmışdı və artıq ABŞ-ın 24 ştatında Pepsi-Cola tapmaq mümkün idi!

Başlanğıcda həzm sisteminə kömək edən bir içki kimi satılırdı. Markanın bazar payı böyüdükcə şirkət marketinq taktikasını dəyişdirməyə qərar verdi və həzm sisteminə kömək edən bir içki satmaq əvəzinə, məşhurların da içdiyi bir içki kimi satmağa qərar verdi. 1913-cü ildə Pepsi-Cola Barney Oldfield ilə müqavilə imzaladı. Oldfield o dövrdə məşhur bir avtomobil yarışçısı idi. Barney Oldfield onunla reklamlarda: “Pepsi-Cola üçün. Razı qalacaqsınız,” deyirdi. Şirkət marketinq üsullarının uğurunu görəndə növbəti illərdə də məşhur simalarla işləməyə qərar verdi.

İflasın astanasında olmaq və rəqabət

Birinci Dünya müharibəsi dövründə şəkər qiymətlərində qeyri-sabitlik var idi, amma Bradham riskə getmək qərarına gəldi. Şəkər qiymətlərinin daha da artacağını düşündü və qarşıdakı dövrlərin şəkərini də indidən saxlamağa qərar verdi. Ancaq hər şey onun ümid etdiyi kimi olmadı, şəkər qiymətləri Caleb’in təxmin etdiyi kimi yüksəlmək əvəzinə sürətlə düşdü. Bu, Bradham və Pepsi-Cola’nı qiymətinin xeyli üzərində alınan şəkər ehtiyatı ilə baş-başa qoydu. Şirkətin iflas bayrağını qaldırması çox çəkmədi: Pepsi-Cola 1923-cü ildə iflas etdi.

1931-ci ildə Pepsi-Cola Loft Şəkər Şirkətinin direktoru Charles G. Guth tərəfindən satın alındı. Guth-un işi də asan deyildi, şirkətə rəhbərlik etdiyi vaxt Amerikanın “Böyük Depressiyası”na təsadüf etdi, bu şəraitdə Charles G. Guth Pepsi-dən bir uğur hekayəsi yaratmaq üçün çox çalışdı. Bir ara o qədər çarəsiz idi ki, Pepsi-ni Coca-Cola-ya satmağı da təklif etdi, lakin şirkət rəsmiləri təklif verməkdən imtina etdilər.

Guth, Pepsi Kola üçün yeni bir resept hazırladı. Ağırlığı da artırmışdı, Coca Cola-nın iki qatı qədər şüşə qablarda satılmağına baxmayaraq qiyməti Coca Cola ilə eyni idi. O zaman məhsullarını “Eyni qiymətə iki qatı” şüarı ilə satan Pepsi-Cola gözlənilməz bir müvəffəqiyyət əldə etdi. Əlbəttə ki, bu qəfil müvəffəqiyyətdə reklam musiqisi də rol oynadı, ilk kommersiya musiqisi Pepsi-Cola oldu. Mahnı o qədər məşhur oldu ki, 55 fərqli dildə lentə alındı ​​və 20-ci əsrdə edilən ən təsirli reklamlardan biri oldu.

Pepsi və müharibədən sonrakı dövr

Edilən səhvlərdən dərs alan şirkət II Dünya Müharibəsi zamanı kifayət qədər şəkər ehtiyatına sahib olduğundan əmin idi. Dünyanın müxtəlif cəbhələrində vuruşan Amerika əsgərlərinin əlində Pepsi görmək normal idi. ABŞ-da Pepsi müharibədən sonrakı illərdə böyük uğurlar göstərdi. Şirkət direktoru Al Steele aktrisa Joan Crawford ilə evləndi. Şirkətin məşhur simalardan istifadə etmə üsulu hələ də mövcud idi.

1960-cı illərin əvvəllərində Pepsi kimi şirkətlər gənc nəsli yeni hədəf auditoriyası kimi təyin etmişdilər. Yeni nəslə xitab edən ilk reklamlarda gənclər Pepsi Nəsli olaraq adlanırdı. 1964-cü ildə şirkətin gənclərə xitab edən bir məhsulu olan ilk pəhriz kolası çıxdı.

Əlbəttə ki, bu illər ərzində şirkət də dəyişdi və inkişaf etdi. Pepsi indi o qədər böyük idi ki, 1964-cü ildə Mountain Dew markasını aldı və bir il sonra qəlyanaltılar istehsal edən Frito-Lay markası ilə birləşdi. Pepsi markası sürətlə böyüyürdü. Bir zamanlar iflas edən və Coca-Cola-ya təklif olunan marka Coca Colanın Amerikadakı bazar lideri mövqeyini təhdid edirdi. Pepsi hətta 1974-cü ildə Sovet İttifaqında istehsal olunan və satılan ilk Amerika markası oldu.

Yeni nəsil

1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Pepsi Nəsli reklamları gənclərə xitab etməyə davam etdi. Bir yandan şirkət yaşlı istehlakçı auditoriyasına xitab etmək üçün müxtəlif çağırıçlardan ibarət Pepsi reklamlarını yayımlamağa başlamış və mağazalarda dequstasiya tətbiq etmişdi. Pepsi-Cola üçün 1984-cü ildə Michael Jackson ilə müqavilə imzalamışdı. O günlərdə Jackson Amerikadakı hər kəs tərəfindən tanınırdı və indi Pepsi-nin yenimarka elçisidir. Televiziya reklamları o qədər uğurlu oldu ki, az qala Jackson-un kliplərinə kölgə salırdı. Bundan başqa, markanın razılaşdıqları simalar arasında Tina Turner, Joe Montana, Michael J. Fox və Geraldine Ferraro da var idi.

Marketinq departamentinin işi o qədər uğurlu idi ki, 1985-ci ildə Coca Cola şirkətin imzası halına gələn formulunu dəyişdirdiyini elan etmişdi. Ancaq işlər Coca Cola-nın istədiyi kimi getmədi, yeni Cola o qədər pis idi ki, müştərilərin reaksiyası gözardı edilə bilinməyəcək bir səviyyəyə çatmışdı. Marka geri addım atmalı oldu və klasik formulaya qayıtdı.

Ancaq 1992-ci ildəki səhv bir hərəkət bu parlaq irəliləməyə mane olacaqdı: X Nəslinə təsir etmək üçün istehsal olunan Kristal Pepsi tamamilə uğursuz oldu, istehsalı çox uzun çəkmədən dayandırıldı.

Pepsi bu gün

Rəqibləri kimi Pepsi markası da Caleb Bradhamın təsəvvür edə biləcəyindən də böyük, milyard dollarlıq qlobal markaya çevrilmişdi. Klassik Pepsi-dən əlavə müştərilər istəsələr diyet pepsi də ala bilərdilər. Seçimlər bununla məhdudlaşmırdı: kafeinsiz, qarğıdalı siropu olmayan, albalı və ya vanil ətirli versiyaları da mövcud idi. İnkar edilə bilinməyəcək şey markanı məşhurlaşdıran məqamın orijinal formulu olması idi.

Marka böyüdükcə şaxələndi və yeni filial və sektorlarda istehsala başlandı. Gatorade markası altında idmançılar üçün içkilər istehsal edirdi. Aquafina markası altında şüşə qabda su, Amp markası altında enerji içkiləri və hətta Starbucks qəhvə içkiləri… Bütün bu içkilər Pepsi-nin bir məhsuludur

Şərh bildirin