Güclü əlaqələri necə qurmaq olar / resume.az

Güclü əlaqələri necə qurmalı

Güclü əlaqələri necə qurmaq olar? Heç kimə sirr deyil ki, iş həyatında uğur qazanmaq üçün bilik və bacarıqlardan əlavə güclü əlaqələrə sahib olmaq da vacibdir. Güclü əlaqələr daha yaxşı iş axtararkən, bir problemin həllini tapmağa çalışarkən və bir çox başqa hallarda faydalı ola bilir. Fərqli peşələrdən olan insanları tanımaq, onlarla müntəzəm ünsiyyət qurmağın istər peşəkar, istərsə də sosial həyata fayda qatdığı bir həqiqətdir.

Əlaqələr qurmaqla bağlı yanlış təsəvvürlərdən biri əlaqələrin yalnız başqalarından fayda əldə etmək üçün qurulduğunu düşünməkdir. Belə münasibət güclü əlaqələr qurmağa mane olur. Əlaqələri qurarkən faydalanmaqdan əvvəl fayda vermək ya da kömək gözləməkdən daha çox kömək təklif etmək uğurun əsas şərtidir.

Beləliklə, gəlin əlaqələrinizi böyütməyin bəzi incəlikləri ilə tanış olaq:

Tanış olmaq istədiyiniz insanları müəyyənləşdirin.

Onlarla harada və necə görüşə biləcəyinizi (hazırki şərait daha geniş coğrafiyaya müraciət etməyə idealdır) araşdırın və planlı bir şəkildə orada olun.

Maraqlı söhbət etməyi öyrənin.

Maraq əhatəniz üst-üstə düşürmü? Gündəm barədə məlumatınız varmı?

Sosial portretiniz mütləqdir

LinkedIn və digər sosial media hesablarınız olsun, əgər varsa onları səhmana salın. Bir işə başlamamış olsanız belə, görüşdən sonra bölüşə biləcəyiniz bir profiliniz olmalıdır.

Görüşlərə ciddi hazırlaşın.

Harada, kimlərin  iştirak etdiyini, kimin dəvət etdiyini, onlayn olsa belə nə geyinəcəyinizi, kiminlə görüşmək istədiyinizi, orada tanışlardan kim olduğunu öyrənin. Görüş öncəsi buzu (durğunluğu) əridən zarafatlar və hekayələriniz olsun.

Qarşınızdakını aktiv dinləyin.

Davamlı danışan tərəf siz olmayın. Müsahibinizi kəsmədən dinləyin arada uyğun suallar verin.

Həmişə eyni şəxs və ya qrupla danışmayın.

Qatıldıığınız görüşdə mütləq yeni insanlarla tanış olmaq üçün səy göstərin.

Mütamədi əlaqə saxlayın.

Müəllimlər, sinif yoldaşlarınız, köhnə qonşular ilə ünsiyyəti itirməyin. İllər sonra onların həyatınıza sərvət qatacağını görəcəksiniz.

Əlaqələri davam etdirmək üçün bir yol tapın.

Sadəcə tanış olmaq münasibət qurulduğu anlamına gəlmir. Yeni tanışınızı sosial mediada izləyin, ona bir təşəkkür məktubu göndərin, onun üçün edə biləcəyiniz hər hansı bir şey varsa, onu etməkdən çəkinməyin.

Kəmiyyətə yox keyfiyyətə üstünlük verin.

Əlaqələr qurarkən insanların sayından çox onların fərqli sahələrdən olmağına diqqət edin.

Ayda ən az 2 nəfərlə tanış olmağa cəhd edin.

Qızıl qaydanı unutmayın: ilk öncə onlar üçün nələr edə biləcəyinizi soruşun.


Söhbətə qoşulun, əlavələriniz varsa şərh bölümündə bizimlə bölüşün.

Şərh bildirin