İş həyatında uğurlu olmaq üçün 10 tövsiyə | Resume.az

İş həyatında uğurlu olmaq üçün 10 tövsiyə

Demək olar ki, hər kəs iş həyatının uğurlu olmasını istəyir və bunun üçün həll yolları düşünərək ən yaxşı formada irəliləməyi hədəfləyir. İş həyatında uğurlu olmağın üsulları ilə bağlı bir çox beynəlxalq səviyyəli araşdırma aparılmışdır. Bu yazıda araşdırmalara əsaslanan on tövsiyyəni sizinlə bölüşürük:

Tam ürəyinizcə olmasa belə, işinizi sevərək edin
İşinizi sevərək etməyiniz ondan zövq almağınıza zəmin yaradar. İşinizi sevməsəniz də, sevmənizə şərait yaradacaq səbəbləri tapın. İşinizi hobbiniz olaraq görməyə çalışın. Bəlkə iş mühiti maraqlıdır, bəlkə də iş yoldaşlarınızla yaxşı yola gedə bilirsiniz. Amma, əmin olun ki, hədəfinizə çatmaq üçün işinizi sevməyinizə kömək edəcək səbəblər vardır.

Hədəf qoyun
İş həyatında uğurlu olmağın ilk və əsas şərti hədəf müəyyən etməkdir. Hansı işi görməyinizdən asılı olmayaraq plansız başladılaraq davam etdirilən hər hansı bir iş böyük ehtimal məyusluqla nəticələnəcək. Bunun üçün ən kiçik işdə belə özünüz üçün bir hədəf qoymalı və işlərinizi bu istiqamətdə aparmalısınız. Bundan əlavə qoyduğunuz hədəfin əlçatan, ölçülə bilən, şəffaf və konkret olmasına diqqət etmək daha dəqiq qərarlar qəbul etmək üçün vacibdir.

Vaxtınızdan səmərəli istifadə edin
Hər görüşün bir məqsədi var və uğurlu insanlar kimlərlə nə üçün görüşdüklərinin fərqindədirlər. Həm özlərinin, həm də başqalarının vaxtını səmərəli istifadə etməyə diqqət göstərirlər. Onlar iclasın mövzusundan kənara çıxmırlar, heç kimin vaxtından lazımsız istifadə etmirlər. Həmçinin hər görüşdə hansı qərarların verildiyini qeyd edir və qərarların yerinə yetirilib-yetirilməməsini izləyirlər.

Stresi idarə edin
Sirr deyil ki, stress uğura birbaşa təsiri vardır. Müəyyən mənada motivasiya edici xüsusiyyəti olsa da, ciddi şəkildə stress yaşayan insanlarda diqqətsizlik, məhsuldarlığın azalması kimi problemlər yaranır. Streslə mübarizədə qısa fasilələr vermək, dərindən nəfəs almaq, planlı işləmək effektiv üsullardan sayıla bilər.

Səhvlərdən nəticə çıxarmağı öyrənin
İnsanlar adətən səhv etməkdən qorxurlar və etdikləri səhvlər nəticəsində bunlardan nəticə çıxarmağı sevmirlər. Lakin mükəmməl nəticələr əldə etmək əvvəlki etdiyimiz səhvlərdən dərs çıxarmağımızdan asılıdır.

“Mən” diliylə deyil, “Biz” diliylə danışın
Uğurlu insanların ortaq xüsusiyyəti onlarla işləyənlərə verdikləri dəyərdir. İnsanları başa düşür və ehtiyaclarını nəzərə alırlar. Özlərini deyil, birlikdə işlədikləri insanları təqdir edirlər. Bu səbəbdən “mən” dili ilə deyil, “biz” dili ilə danışırlar.

Güclü və zəif tərəflərinizi bilin
Uğurlu insanlar öz çatışmazlıqlarını bilirlər və onları tamamlayacaq düzgün insanlarla əməkdaşlıq edirlər. Hədəflədikləri nəticələri əldə etmək üçün birdən çox insanın güclü tərəflərinin bir araya gəlməli olduğunu və doğru şeylərin yalnız bu anlayışla edilə biləcəyini bilirlər.

Qısa fasilələr verin
Ara vermədən, daimi işləmək vaxt keçdikcə motivasiyanızı aşağı salacaq. Nə iş gördüyünüzdən asılı olmayaraq qısa fasilələr verərək özünüzə və beyninizə zaman tanıyın. Bu formada daha uzunmüddətli bir iş tempi əldə edə bilərsiniz.

Etibar edilən insan olun
Söz verib sözünü tutmayanlar, vədlər verib reallaşdırmayanlar… Söz verib etmədikdə bu sizin gələcək karyeranız üçün böyük problemlər yarada bilər. Bu vəziyyəti yaşayan insanlar növbəti dəfələrdə sizinlə işləmək istəməyəcəklər.

Təcrübələrinizdən faydalanın
İnsanların keçmişdə yaşadıqları təcrübələr birbaşa gələcəkdə əldə edə biləcəkləri uğurlarla əlaqəlidir. Bu səbəbdən müvəffəqiyyətə doğru addımlayarkən keçmişi bir daha nəzərdən keçirməyi unutmayın. Əvvəllər qazandığınız bir nailiyyət bəlkə də gələcəkdə yeni nailiyyətlərə yol açacaqdır.

Şərh bildirin