İşdən qovulub dünyaya səs salanlar: “Walt Disney”in hekayəsi | Resume.az

İşdən qovulub dünyaya səs salanlar: “Walt Disney”in hekayəsi

 

 

“Disneyland”in qurucusu, XX əsrin yaradıcı beyinlərindən biri sayılan Walt Disney bu nöqtəyə çatana qədər bir çox uğurlu insan kimi çoxsaylı tənqidlərə və uğursuzluqlara məruz qalıb. Bir zamanlar işlədiyi qəzetdən yaradıcılıq qabiliyyətinin olmadığı deyilərək qovulmuşdu.

Uşaq yaşlarından Walt-un ailəsi tez-tez fərqli yerlərə köçürdü. Daim başqa yerlərə uyğunlaşmağa çalışaraq çətin bir uşaqlıq dövrü keçirdirdi. Bundan əlavə, Walt ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün kiçik işlərdə işləyirdi. Bu səbəblərdən məktəb həyatı Waltın əsas prioriteti deyildi.

Vətənpərvər bir gənc olan Walt 16 yaşında Birinci Dünya Müharibəsinə hazırlaşır, ordu sıralarına daxil olmağa çalışdı, lakin yaşına görə rədd edildi. Ancaq qeydiyyata düşmək üçün bir yol tapdı.

Qırmızı Xaç bölməsinə qoşulmaq üçün ərizədə doğum tarixini dəyişdirməyi bacardı. Elə o dövrdən bəri qarşılaşdığı maneələrdən qorxmayan və hər zaman başqa həll yolları axtaran bir şəxsiyyətə sahib olub.

Geri qayıdanda bir qəzetdə siyasi karikaturalar və cizgi filmləri çəkmək üçün işə başladı. Lakin o, kifayət qədər yaradıcı olmadığı deyilərək işdən qovuldu. Bundan sonra qısamüddətli sahibkarlıq macərasına başladı.

Qardaşı Roy Rubun Art Studiyasında işləyirdi və Walt Disneyi karikaturaçı Ubbe İwerks ilə görüşməsində vasitəçi oldu və qısa müddətli “İwerks-Disney Commercial Artists ” şirkəti quruldu.

Walt Disney bu iş üçün çox həyəcanlı və həvəsli idi. Qısa bir müddətdən sonra bir kameranı borc götürərək “Laugh-O-Grams” adlı cizgi filmini yaratdı.

Bu böyük uğur idi, Kansas City tərəfindən təqdir edildi. Bundan sonra bir studiya alaraq öz animasiyalarını yaratmağa başladı. Hər şeyin qaydasında olduğunu düşünsə də, yenə alınmadı, iflas etdi.

Cəsarətli bir addım olsa da, erkən bir cəhd olduğu üçün iflas etdi. Disney işçilərin məvacibini ödəyə bilmədi.

Amma, Walt Disney təslim olmağı düşünməyən biri idi. Kamerasını sataraq Hollivudda məskunlaşdı. Rejissorluq üçün studiyaların iş elanları üçün müraciət etməyə başladı.

Son çarə olaraq qardaşı Roy və dostu, karikaturaçı İwerks-dən ona qoşulmağı xahiş etdi və birlikdə “Disney Brothers Studio”-nu qurdular. İşlər yaxşı gedirdi…

İwerks tərəfindən bir dovşan yaradıldı. Dovşanı o çəkməsə də ona hərəkət etmək qabiliyyətini verən Walt idi, buna baxmayaraq Walt-a ehtiyac olmadığına qərar verildi.

Walt çox məyus oldu və bundan sonra yalnız öz çəkdiyi personajlar üzərində işləyəcəyinə qərar verdi.

Bir siçan xarakteri haqqında daim düşünən Walt hamımızın bildiyi cizgi filmi ilə dünya tarixinə girdi. Həyat yoldaşının təkidi ilə Mortimer olaraq adlandırdığı siçanın adını sonradan Mickey Mouse-a dəyişdirdi.

“Biz irəliləməyə davam edirik, yeni qapılar açırıq və yeni işlər görürük, çünki maraq bizi yeni yollara aparır. Ardınca getmək üçün cəsarətimiz varsa, bütün xəyallarımızı həyata keçirə bilərik.” – Walt Disney.

Şərh bildirin