J.K. Rowling: Uğursuzluğunuzla barışmayın | Resume.az

J.K. Rowling: Uğursuzluğunuzla barışmayın

Məşhur “Harri Poter” kitablar seriyasının müəllifi Coanna Roulinq uğur qazanmaq və uğursuzluq barədə çox şey bilir.

O, bir müsahibəsində belə deyib: “Fikrimcə biz uğursuzluq barədə kifayət qədər danışmırıq. Uğuru ölçməyi bacaran biri gəlib mənə desəydi ki, ‘sən uğursuz olacaqsan, bu qaçılmazdır, və əsas sual odur ki, sən bu uğursuzluğunla nə edəcəksən’, bu mənə doğrudan da kömək edərdi.”

Dünyanın ən varlı qadınlarından biri olmazdan əvvəl Roulinq Böyük Britaniyada sosial yardımla keçinirdi. O, Edinburq kafelərindən birində, hazırda məşhur personaj olan sehrbaz Harri Potter haqda yazmağa başladı. Əlyazmasını ilk dəfə nəşriyyatlara göndərəndə xeyli rədd cavabı aldı.

O deyir: “Son dərəcə qısa müddətli evliliyimin pozulmasından sonra mən işsiz, evsiz bir valideyn və Britaniyada yaşayan bəlkə də ən kasıb bir insan idim. Bütün meyarlara görə ən uğursuz bir qadın idim.”

Amma, Roulinq həyatının o anlarını “zorla qazandığı” bir “hədiyyə” hesab edir. “Çünki mən həmin o çətin vaxtlarda özüm və münasibətlərim haqda həyati əhəmiyyətli biliklər əldə etdim. Uğursuzluğumla əsla barışmadım, ondan dərslər çıxardım.”

Şərh bildirin