Məsafədən necə məhsuldar işləməyin 10 effektiv yolu | Resume.az

Məsafədən necə məhsuldar işləməyin 10 effektiv yolu

Artıq sirr deyil ki, onlayn, yəni məsafədən işləməyin bir çox müsbət tərəfləri var. Bura istər maddi istərsə də fiziki məhdudiyyətləri aradan qaldıran məqamları aid etmək olar. Yaxşı bəs necə etmək olar ki, bu iş metodu gördüyünüz işi daha da məhsuldar və effektiv etsin. Gəlin dünyada getdikcə daha çox üstünlük verilən bu iş metodunu daha da asanlaşdıran bəzi praktik tövsiyələrlə tanış olaq:

1.Təmiz, səliqəli və rahat bir iş sahəsinə sahib olun

Araşdırmalar məhsuldarlığınızın birbaşa ətrafınızdakı mühitlə əlaqəli olduğunu müəyyən etmişdir. İşinizi tamamlamaq üçün təmiz bir masa və ya otağa sahib olmaq, işiniz üçün lazım olan sənədləri, əşyaları və ya hər hansı bir şeyi daha az vaxtda tapmağa imkan verir. Maksimum məhsuldarlıq üçün işlədiyiniz yerdə rahat olmağınız şərtdir.

2.Günəş işığı almağa çalışın.

Evinizdəki iş mühitinin işığına siz özünüz nəzarət edə bilərsiniz. Əgər mümkündürsə, masanızı pəncərəyə yaxın yerləşdirin. Lazım olduqda əlavə işıq mənbələrindən istifadə edin. Kompüter ekranına və ekrandakı mavi işığa daim baxmaq yuxu probleminə səbəb ola bilər. Odur ki, 20-25 dəq-dən bir gözünüzü ekrandan ayırıb fərqli yerə, məsələn pəncərədən çölə baxın.

3.Otağınızı yaşıllaşdırın.

Yaşıllıq, işlədiyiniz məkanı daha xoş və sakit hala gətirməyin ən sadə yollarından biridir. Evinizin günəş işığı alan yerlərinə qoyduğunuz canlı bitkilər evinizə rahatlıq hissi gətirəcək. Yaşıl bitkilər işə fokuslanmanızı artırır və stresi azaldır. Bir sözlə, masanızda və işlədiyiniz otaqda ən azı bir neçə yaşıl bitkinin olmasına çalışın.

  1. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın.

Eyni vaxtda birdən çox iş görməyə çalışmaq məhsuldarlığı azaldır. Harvard Universitetinin bir araşdırmasına görə bunu etməyə çalışan insanlar məhsuldarlığının 40% -i itirirlər. Yalnız bir işə fokuslanmaq səhv etmək riskini azaldır. Sürətli və effektiv nəticələr əldə etmək üçün sırayla tapşırıqlara diqqət yetirin.

  1. Mütəmadi idman edin.

Evdə ediləcək sadə məşqlər yalnız bədəniniz üçün deyil, zehniniz üçün də faydalıdır. Stresi azaltmaq, gün ərzində daha enerjili olmaq üçün səhər işə başlamazdan əvvəl idman edə bilərsiniz.

  1. Bildirişlərdən uzaq durun.

İşləyərkən sosial mediadan uzaq durmaq vaxtınızdan səmərəli istifadə etməyə imkan verir və diqqətinizin dağılmasının qarşısını alır. Vacib olmayan bildirişlər vaxt itkisinə səbəb olur. Buna görə də sosial media bildirişlərini bağlamaq sizə vaxt qazandıracaqdır.

  1. Sakitləşdirici və ya klassik musiqiyə qulaq asın.

Bəzi araşdırmalara görə, klassik musiqi öyrənməyi asanlaşdırır və iş qabiliyyətini artırır. Bu arada, sözlü musiqi isə fikrinizi yayındıraraq səhv etmək şansınızı artırır.

  1. Həftəlik bir plan qurun.

Planlı şəkildə işləmək vaxtınızı düzgün idarə etməyinizə kömək edəcəkdir. İşlərinizi izləmək üçün bir plan yaratmaq işinizi olduqca asanlaşdıracaq və məhsuldar edəcək.

  1. Pomodoro texnikasını sınayın.

Diqqətinizi toplamaqda çətinlik çəkirsinizsə, bu üsulu sınaya bilərsiniz. Bu texnikaya görə 25 dəqiqə işləməli və 5 dəqiqəlik fasilə verməlisiniz. Bu 5 dəqiqəni ayağa qalxa, sadə məşqlərlə qan dövranınızı sürətləndirməyə sərf edə bilərsiniz. Bu 5 dəqiqə ərzində hər cür ekran şüasından uzaq durmağınız tövsiyə olunur.

  1. Yeməyinizə diqqət edin.

Evdə işləyərkən özünüzü motivasiya etmək üçün sevdiyiniz sağlam qidalarla qidalanmağa çalışın. Əgər xüsusi dietada deyilsinizsə, ya da oruc tutmursunuzsa, gün ərzində meyvə, yaşıl çay və qoz-fındıq kimi qidaları yeyə bilərsiniz. Ağır qidalar qəbul etməkdən çəkinin, çünki bu üstünüzə ağırlıq hissi çökməsinə səbəb olacaq. Bu isə masanızın yanındakı oturacaqda 5 dəqiqə mürgüləmək istəyi ilə uzanıb 3 saatlıq yuxu ilə nəticələnə bilər!

 

Şərh bildirin