Tənbəllikdən xilas olmağın 9 effektiv yolu | Resume.az

Tənbəllikdən xilas olmağın 9 yolu

Uzun müddət evdə qalmaq, ev-iş balansını pozduğuna görə insanda istəksizlik, biganəlik və nəticədə tənbəllik yarada bilir. Əgər bu hisslər sizə hakimdirsə aşağıdakı qısa tövsiyələr sizə ən qısa zamanda tənbəlliyin daşını atmağa kömək edəcək. Budur, tənbəllikdən xilas olmağın 9 yolu.

  1. Tənbəllikdən xilas olmaq üçün öncə bu davranışınızın səbəbini tapın. Tənbəlliyinizin səbəbini bilsəniz, problemi həll etməyiniz daha rahat olar və hərəkətə keçmək üçün həvəsli olarsınız.
  2. Sizi xoşbəxt edən işlərlə məşğul olun. Bu, tənbəllikdən azad olmaq üçün ən vacib məqamdır. Çünki tənbəl insanların çoxu əslində sevmədikləri işi etmək məcburiyyətində olduqları üçün tənbəldirlər.
  3. Günlük, həftəlik tədbirlər planı hazırlayın və istənilən birindən başlayın. Edəcəyiniz hər şeyi beyninizdə bir sıraya qoyun.
  4. Bir işə başladığınız zaman telefondan və sosial mediadan uzaq durun. Hətta ailənizin və dostlarınızın belə fikrinizi yayındırmağa izin verməyin.
  5. İşinizə 5-10 dəqiqə olmaqla qısa fasilələr verin.
  6. Evdə qaldığınız zamanlarda mütləq qısa da olsa, açıq havada gəzintiyə çıxın.
  7. Gecə yuxunuza diqqət edin. Azı 6-7 saat yatın. Ehtiyac olarsa qısa mürgülər də edə bilərsiniz.
  8. İşləri anında görün. Təxirə saldığınız işlərin toplanaraq daha böyük problemlərə səbəb olacağını unutmayın.
  9. Özünüzü mükafatlandırın. Tənbəllik etməyib işləmisiniz, odur ki, mükafatlandırılmağa haqqınız var.

Tənbəllikdən əziyyət çəkən tanıdığınız biri varsa, bu siyahını onunla bölüşməyi unutmayın.

Şərh bildirin