Mən kitab oxumağa xeyli vaxt sərf edirəm

Bill Gates | Microsoft korporasiyasının yaradıcısı

Bil Qeyts eramızın ən məhşur binesmenlərindən biridir. Dünyanın ən varlı adamı olan Qeytsin təxminən 80 milyard ABŞ dollara yaxın sərvəti var. Ötən 21 ilin 16-ni “dünyanın ən zəngin adamı” titulunu daşıyıb.

Dünyanın ən böyük kompyuter şirkəti olan Microsoftun həmtəsisçisi olan Qeyts şəxi kompyuter inqlabını həyata keçirən əsas fiqurlardan biri olub.

Bill kompyuter proqramlaşdırması sahəsinə çox erkən yaşlarında maraq göstərib. O, boş vaxtlarını məktəbin ona verdiyi teletip terminal kompyuterində proqramlar yaratmaqla keçirirdi. Sonralar o, Microsoft şirkətini və hələ də olduqca məşhur olan Windows əməliyyatlar sistemini yaratdı.

Başqa tanınmış biznesmenlər kimi Bil Qeyts də külli miqdarda pulunu xeyriyyəçilik təşkilatlarına və elmi araşdırmalara sərf etməyi ilə də tanınır. 2000-ci ildə o, özəl xeyriyyəçilik fondu olan və əsas fəaliyyəti yoxsulluğun azaldılması, səhiyyə sisteminin yaxşılaşdırılması, təhsil imkanlarının artırılması və dünyada texnologiyalara girişi təmin edən Bil və Melinda Qeyts Fondunu təsis edib. Hələ də işlədiyi fonda Qeyts özü 28 milyard ABŞ dolları bağışlayıb.

Bill Qeytsin bu iki məşhur kəlamı onun şəxsi və peşəkar uğurunu qısaca təsvir edir: “Mən kitab oxumağa xeyli vaxt sərf edirəm.” “Ən narazı müştərilər sizin ən əsas müəllimlərinizdir.”

Bil Qeyts sizə də ilham verir? Kim bilir, bəlkə elə növbəti məhşur biznesmen sən özün olacaqsan.

Şərh bildirin