Təcrübədən keçirməyə meylli ol

Styuart Baterfild | Slack, baş icraçı direktor

“Flickr” platformasının həmtəsisçisi və ən tez böyüyən, 3 milyard dollara yaxın dəyəri olan “Slack” biznes tətbiqi (app) layihəsinin baş icraçı direktoru Styuart Baterfild bu yaxınlarda mətbuata bir müsahibəsində gənclər üçün ən yaxşı məsləhətini bölüşüb:

“Bəzi insanlar lap gənc yaşlarında belə artıq nə etmək istədiklərini çox dəqiq bilir. Lakin onların uğur qazanma şansları çox aşağı olur. Müşahidələrim göstərir ki, 20-li yaşlarının lap əvvəlindən ortalarına qədər olan insanlar çox ciddi olurlar. Onlar bir çox şeyi müəyyən etmək, araşdırmaq yerinə daha çox elə bilirlər ki, gənc yaşlarında artıq bir çox nailiyyət əldə ediblər. Odur ki, mən gəncləri daha çox təcrübədən keçirməyə, sınamağa meylli olmaqlarını məsləhət görürəm. Nəticəsi inanılmaz yaxşı olacaq!”

Şərh bildirin