Qurudulmuş balıq ticarətindən texnologiya nəhənginə çevrilən Samsung-un uğur hekayəsi | Resume.az

Qurudulmuş balıq ticarətindən texnologiya nəhənginə çevrilən Samsung-un uğur hekayəsi

Televizordan soyuducuya, kondisionerdən telefonlara… Samsung texnologiya dedikdə ağla gələn ilk şirkətlərdən biridir.

Samsung şirkəti 1938-ci ildə Çinə qurudulmuş balıq ixrac edən bir şirkət olaraq quruldu. 1938-ci ildə Byung-Chul Lee Koreyada qida ixracatı edən bu şirkəti qurmağa qərar verdi. Beləliklə, qurudulmuş balıq, un və tərəvəz kimi məhsulların Çinə ixracına başladı. Şirkəti böyütmək istəyən Lee yalnız qida ilə kifayətlənməyərək şirkətin maraq dairəsini genişləndirməyə başladı. Beləliklə, 1950-1960-cı illərdə Samsung sığorta və tekstil sahələrinə də başladı.

Samsung Electronics 1969-cu ildə istifadəyə verildi. Şirkətin bu bölməsi əsasən televizor istehsalına yönəlmişdi. Samsung-un ilk ağ-qara televiziyası 1970-ci ildə satışa çıxdı. Elə həmin il mikrodalğalı sobalar, soyuducular və paltaryuyan maşınlar istehsal olunmağa başladı.

Elektronika sahəsində fəaliyyətlərini genişləndirmələri isə daha çox 1980-ci illərə təsadüf edirdi. Rəngli televizorlar, kompüterlər istehsal etməyə başladılar. Eyni zamanda, bu müddət ərzində Samsung ixracatının böyük hissəsini Şimali Amerikaya etməyə başladı.

1989-cu ildə Samsung-BP Chemicals-ı qurmaq üçün BP ilə işləməyə başladı. Beləliklə, şirkət Koreyaya kimyəvi maddələr satmağa başlamasına baxmayaraq, əsas məqsəd yenə də texnologiya idi.

1990-cı illərin ortalarında kompüterlər üçün yaddaş kartları və harddisklər istehsalına daha çox fokuslandılar. Yaddaş kartları və harddisklər bu gün də Samsung məhsullarının böyük bir hissəsini təşkil edir.

Deyilənlərə görə 1995-ci ildə buraxılan Samsung-un ilk mobil telefonu sıradan çıxmışdı. Həmin dövrdəki şirkət rəhbəri Kun-Hee Lee telefonun istehsal olunduğu fabrikə getdi və orada bütün məhsulları yandırdı.

Bu uğursuzluqdan sonra Samsung 1999-cu ildə internetə qoşula bilən ilk telefonunu bazara çıxardı. Kun-Hee Lee-nin reaksiyasından sonra Samsung telefon işini daha ciddi ələ aldı və internetə bağlana bilən telefonu bazara çıxaranda böyük bir uğur qazandı.

1990-cı illərin sonunda mobil telefonlarla yanaşı televizor istehsalına da böyük əhəmiyyət verildi. 1998-ci ildə Samsung ilk rəqəmsal televizor istehsal etməyi bacardı və bu televizor 1999-cu ildə bazara çıxarıldı. 2000-ci illərdə HD televizor istehsalına başlayan Samsung bu gün ən keyfiyyətli görüntüyə sahib HD televizorlar istehsal edir.

İlk Android telefonu olan Galaxy S-ni 2010-cu ildə Mobil Dünya Konqresində təqdim etdi. Galaxy seriyası sürətlə və uğurla inkişaf etdi. Hazırda o, bazarda mövcud olan ən yaxşı smartfonlardan biri hesab edilir. Samsung eyni il Galaxy Tab adlı ilk android planşetini də təqdim etdi.

Günümüzə gəldikdə isə Samsung marketinq sahəsindəki uğurları və məhsullarının dizaynı ilə bir çox rəqibindən daha yaxşı nəticələr əldə edir.

 

 

 

 

 

 

 

 

 

 

Şərh bildirin